Ermənistanda 450 yaşlı kilsə uçub
10 mart 2013 02:52 (UTC +04:00)

Ermənistanda 450 yaşlı kilsə uçub

İndiki Ermənistan ərazisində Sünik vilayətinin Sevakar kəndində (Göyçədə)  1663-cü ildə tikilmiş kilsə uçub.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, kəndin yaşlı sakini Arşavir Akopyan deyib ki, kilsənin 80 faizi dağılıb, qonşu binalar da xəsarət alıb. Ölən və yaralanın olmadığı bildirilib.

 

«Kilsənin divarında böyük yarıq əmələ gəlmişdi. Qar əriyəndə sonra uçdu. Yarıq bərpa olunacaq vəziyyətdə idi. Biz dövlət qurumlarına müraciət etdik. Dedilər ki, özümü sponsor tapaq. Bir yerdə bizə bildirdilər ki, bərpa növbəsi bizimkinə də çatacaq. Ancaq indi bərpa etməyə bir yer yoxdur»-deyə, Akopyan söyləyib.

 

Mənbənin bildirdiyinə əsasən, bu kilsə fəaliyyət göstərirmiş, orada bayram, toy, yas mərasimləri keçirilirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857

Oxşar yazılar