Erməni deputatın evini soyublar
21 yanvar 2014 06:13 (UTC +04:00)

Erməni deputatın evini soyublar

Bir neçə gün öncə Ermənistanın hakim Respublikaçılar Partiyasından olan deputat Naira Karapetyanın evində soyğun baş verib.

 

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, oğurluq deputatın Gümrüdəki evində olub.

 

«Bu, babamın evidir. Mən orada böyümüşəm, orada qeydiyyatdayam. Babam öləndən sonra oranı qıfıllamışdıq. Atam tez-tez ora gedir. Bir neçə gün öncə o, orada evimizin soyulduğunu aşkarlayıb»-deyə, deputat söyləyib.

 

Onun sözlərinə görə, oğrular evdə nə bacarıblar aparıblar - bəzək-zinyət əşyası, rəsm əsəri, xalça, qab-qaşıq. N.Karapetyan dəyən ziyanın məbləğini deməkdə çətinlik çəkib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar