Ərdoğandan xarici səfirlərə sərt xəbərdarlıq: "İşinizi görün..." - YENİLƏNİB
21 dekabr 2013 16:27 (UTC +04:00)

Ərdoğandan xarici səfirlərə sərt xəbərdarlıq: "İşinizi görün..." - YENİLƏNİB

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki xarici dövlətlərin diplomatik nümayəndəliklərini ölkənin daxili işinə qarışmamağa çağırıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir son günlər rüşvət qalmaqalı ətrafında yaranan hadisələrə münasibət bildirərək qeyd edib ki, bu, beynəlxalq və daxildə olan, Türkiyənin güclənməsini istəməyən qüvvələrin apardığı əməliyyatdır. Onun sözlərinə görə, hüquqa əks olan bu hadisələr, öz əksini elə hüquqda tapacaq: «Bu əməliyyat hökumətə qarşı atılmış bir addımdır. Bizim məsələmiz hüquqi işdir. Hüquqşünasların da hüquqa hörmət etməsi lazımdır. Əgər kənardan idarə olunaraq hərəkət etsələr, biz siyasətçilər olaraq üzərimizə düşəni hər zaman etdik, bundan sonra da davam edəcəyik».

R.T.Ərdoğan Türkiyədə olan səfirliklərin nümayəndələrini bu hadisələrə müdaxilə etməməyə çağırıb: «Son günlər səfirlər bəzi təxribat yönlü hərəkətlər edirlər. Mən onlara müraciət edirəm, işinizi görün. Əgər vəzifə sahənizi aşarsınızsa, bu, hökumətlərinizin səlahiyyət sahəsində olan yerə qədər gedər. Biz sizləri ölkəmizdə tutmağa məcbur deyilik. Əgər sizin ölkələrinizdə, bizim səfirlərimiz bu cür oyunlara qarışırsa, siz bizə xəbər verin, sizin onları geri göndərməyinizə ehtiyac yoxdur, biz çağırarıq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2171

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26