Vəzifədən azad edilən polis rəislərinin adları məlum olub - YENİLƏNİB
18 dekabr 2013 14:38 (UTC +04:00)

Vəzifədən azad edilən polis rəislərinin adları məlum olub - YENİLƏNİB

Lent.az-ın məlumatına görə, bunlar maliyyə şöbəsinin rəisi Yaqub Sayğılı, qaçaqçılıq şöbəsinin rəisi Toğrul Turhal, mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin rəisi Nazmi Ardıç, terrorla mübarizə şöbəsinin rəisi Ömər Kösə və mühafizə şöbəsinin rəisi Ərsan Ərçıktıdır.

 

Bu arada daha bir şok məlumat isə İstanbul Baş Polis İdarəsinin rəisi Hüseyn Çapkının iki gündür işə çıxmadığı ilə bağlıdır. Türkiyə mətbuatı iddia edir ki, Çapkın dünən idarəyə gəlməyib. Onun bu gün də işə gəlməsi gözlənilmir.

 

 

****

11.26

Ərdoğandan cavab atəşi: Əməliyyatı aparan polis rəisləri işdən qovuldu

Dünən Türkiyəni silkələyən hökumətə yaxın iş adamlarının və bir neçə önəmli nazirin övladının həbs edildiyi əməliyyatlar öz əks-sədasını bu gün də verir.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə hökuməti dünənki əməliyyatlara razılıq verən İstanbul Polis müdirlərini vəzifədən kənarlaşdırıb

 

Belə ki, dünənki əməliyyatların ardından bu gün İstanbul polisinin maliyyə, terror, mütəşəkkil cinayətkarlıq, qaçaqmal və mühafizə polisinin rəisləri işdən azad edilib.

 

Qeyd edək ki, dünən keçirilən və Türkiyə hökumətinin üzvlərinin ailəsinə qədər uzanan əməliyyatların Amerikada yaşayan din adamı Fətullah Gülənin Türkiyə baş naziri ilə aralarında yaşanan narazılıqla bağlı olduğu iddia edilir. Bildirilir ki, əməliyyat əmri Gülən Hərəkatından gəlib.

 

Bu gün qeyd olunan polis rəislərinin vəzifələrindən azad edilməsi də məsələyə yeni çalar qatıb. Türkiyə mediası polis rəislərinin işdən azad edilmələrini baş nazir Ərdoğanın Gülən Hərəkatına cavabı kimi şərh edir. Görünür, bu məsələ Türkiyə gündəmini hələ uzun müddət zəbt edəcək.

 

Onu da bildirək ki, Türkiyədə polis sisteminin əsas etibarilə Gülən Hərəkatının təsirində olduğu iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8350

Oxşar yazılar