
Əhmədinejat prezident seçkilərinə buraxılmadı
İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejat prezident seçkilərinə buraxılmayıb.
APA TV-nin məlumatına görə, seçkilərə qatılacaq namizədlərin müraciətlərini araşdıran Konstitusiyanı Müdafiə Şurası onun namizədliyinə veto qoyub. Şura daha öncə də bir neçə müraciəti geri qaytarıb.
Seçki bülletenlərində isə prezidentliyə altı namizədin adları olacaq. Bunlar hazırkı prezident Həsən Ruhani, Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmməd Bağır Qalibaf və Mustafa Haşimi Tabadır.
Mayın 19-da keçiriləcək prezident seçkilərində hazırkı prezident Həsən Ruhaninin qələbə çalacağı təxmin olunur.
Oxşar yazılar

Əfqanıstanda güclü zəlzələ: 800 ölü - YENİLƏNİB
1 sentyabr 2025 , 13:19
Avtomobil Rusiya konsulluğunun darvazasına çırpıldı - Polis əməkdaşı yaralandı
1 sentyabr 2025 , 05:07
Bir partiyanın 4 namizədi seçkilərdən əvvəl öldü
31 avqust 2025 , 19:44
Bu tarixdə güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
31 avqust 2025 , 17:56
Həbsdə olan yüksək vəzifəli məmur bu peşəni öyrənir - Diplom alacaq
31 avqust 2025 , 17:38
Döl qadının bətnində yox qaraciyərində yarandı - Ən nadir hal
31 avqust 2025 , 11:39
Müharibə olsa xalqın üçdə ikisi ölkəsi üçün döyüşmək istəmir - Sorğu
31 avqust 2025 , 04:11