BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası 2013-cü ilin sonunda dünyada 50 milyondan çox insanın yaşadığı yeri dəyişmək məcburiyyətində qaldığını bildirib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu İkinci Dünya savaşından sonra bu ən yüksək göstərici sayılır.
Məlumata əsasən, qaçqınların və məcburi köçkünlərin yarısı uşaqlardır.
Komissiyanın sədri Antonio Güterres deyib: “Çox önəmli bir vəziyyətlə üz-üzəyik. Dünyada yaşayış yerini məcburi olaraq, dəyişənlərin sayında çox ciddi artım var”.