Liviyanın devrilmiş diktatoru Müəmmar Qəddafinni dul xanımı Safiyə Fərkaş həyat yoldaşının cəsədinin qohumlarına verilməsini tələb edib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bununla bağlı o, yazıb: «Mənə tələb edirəm ki, onun qətlində birbaşa və ya dolayı yolla iştirak edənlər, BMT-nin Təhlükəsizlik Şurasının bütün üzvləri, Avropa Birliyi, bu dəhşətli cinayətlə bağlı məsuliyyət daşıyanlar bilinsin, nəhayət, onun cəsədinin ləyaqətli dəfn edilməsi üçün qohumlarına versinlər».
S.Fərkaş beynəlxalq hüquq müdafiəçilərinə müraciət edərək, hazırda Liviyada həbsdə olan oğlu Seyfülislam Qəddafi ilə əlaqə saxlamasına yardım etsinlər.
Hələlik onun məktubuna reaksiya verən olmayıb.