Dağıştanda gecə silahlı insident baş verib
08 oktyabr 2014 12:18 (UTC +04:00)

Dağıştanda gecə silahlı insident baş verib

Bu gün gecə saatlarında Dağıstanda silahlı insident olub. Lent.az-ın vesti.ru saytına istinadən məlumatına görə, insident Şamil rayonunun Hebda kəndində baş verib. 

 

3 nəfər silahlı şəxs yerli sakinlərdən birinin "Daewoo Nexia" avtomobilini ələ keçirərək Daxili İşlər Nazirliyinin bölməsinə yollanıblar. Yolda qarşılarına çıxan polis postuna avtomatla atəş açıblar. Atışma nəticəsində polislərdən xəsarət alan olmasa da, maşındakı quldurlar məhv edilib.

 

Quldurların adları açıqlanmasa da, artıq polisə bəllidir. Onlar qanunsuz silah gəzdirdikləri üçün federal axtarışda imişlər. Avtomobildən onlara məxsus 2 Kalaşnikov avtomatı, pistolet, həmçinin partlayıcı maddələr, əl qumbarası, "Kenwood" radiosu tapılıb.

 

Faktla bağlı cinayət işi açılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar