Çin Yunanıstanı satın alır?
22 iyun 2014 05:06 (UTC +04:00)

Çin Yunanıstanı satın alır?

Çinin baş naziri Li Ketsyanın Yunanıstana səfəri başa çatıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, səfər zamanı tərəflər arasında ümumi dəyəri 5 milyard dollar olan müqavilə imzalanıb. Onların arasında ixracat və birgə gəmi tikintisinə aid olanlar da  var.

 

Mənbə bildirib ki, Yunanıstan hökuməti  özəlləşdirmə prosesini həyata keçirir, ona görə də dövlət borcu və böyük işsizlər ordusunun sayın azaltmaq üçün sərfəli sövdələşmələrə ehtiyac duyur.

 

Məlumata əsasən, Yunanıstanın xarici sərmayəyə, Çinin isə Avropa Birliyində sərfəli şərtlərlə forposta ehtiyacı var.

 

Yunanıstan müxalifəti isə bildirib ki, hakimiyyəti “milli varlığı” aşağı qiymətə satıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418

Oxşar yazılar