Çin hərbçiləri atəş açıb: 14 dinc uyğur həlak olub
17 dekabr 2013 06:15 (UTC +04:00)

Çin hərbçiləri atəş açıb: 14 dinc uyğur həlak olub

Sincan -Uyğur Muxtar əyalətində Çin hakimiyyəti silahsız əhaliyə atəş açıb.

 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay nəticəsində 14 dinc uyğur həlak olub.

 

 

Rəsmi Pekin iddia edib ki, uyğurların Sufu qəsəbəsində bir qrup «əlində bıçaq və partlayıcı olan sakinlər polis idarəsi istiqamətində» hərəkət edib. Bu zaman «polislə onlar arasında qarşıdurma» yaranıb.

 

Çinin xəbəri yayan informasiya agentlikləri uyğurları suçlarayaq, onların «polislərə qarşı güc tətbiq etdiklərini və asayiş keşikçilərinin atəş açmaqdan başqa yolu olmadığı» haqda xəbər yayıb.

 

Xatırladaq ki, rəsmi Pekin Doğu Türküstanda, Uyğurustanda zaman-zaman çeşidli bəhanələrlə hərbi-polis əməliyyatı keçirir.

 

Ötən ay Qaşğarda aparılan belə əməliyyat nəticəsində 11 uyğur qətlə yetirilmişdi. Bu ilin aprelində əyalətin Turfan rayonunun Lukçün qəsəbəsində 35 uyğur öldürülmüşdü.

 

2009-cu ildə isə Çin hakimiyyəti Uyğurustanın mərkəzi Urumçidə kütləvi qırğın törətmişdi. Rəsmi mənbələr həlak olan ümumi sayının 200 nəfə olduğunu bildirsə də qeyri-rəsmi qaynaqlar həmin tarixdə mindən çox uyğurun öldürüldüyü barədə xəbər yaymışdı. Həmin tarixdən başlayaraq, əyalətin çeşidli bölgələrində, o cümlədən Qaşğar, Hotan, İli kimi uyğur rayonlarında Çin elan olunmamış fövqəladə vəziyyət rejimi tətbiq edib. Orada silahlı Çin hərbçilərinin sayı artırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219

Oxşar yazılar