Çilidə yüz minlik pulsuz təhsil aksiyasında toqquşma
12 aprel 2013 07:05 (UTC +04:00)

Çilidə yüz minlik pulsuz təhsil aksiyasında toqquşma

Çilinin paytaxtı Santyaqo şəhərində tələbələr və şagirdlər pulsuz təhsil  tələbi ilə izdihamlı nümayiş keçirib.

 

Lent.az-ın xarici informasiya mənbələrinə istinadən məlumatına görə,  mitinqdə yüz mində çox  adam iştirak edib.

 

Onlar keyfiyyətli və ödənişsiz təhsillə bağlı şüarlar söyləyib.  Aksiya zamanı polislə toqquşma baş verib, yaralıların olduğu bildirilir.   

 

Xatırladaq ki, Çili tələbələri iki ildən artıqdır ölkədə keyfiyyətli və ödənişsiz təhsil sisteminin tətbiq olunmasını tələbi ilə aksiyalar keçirir.

 

Bu, 2013-cü ildə ilk ümummilli etiraz aksiyasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar