Britaniyalı turisti qolundakı Buddanın tatuajına görə Şri-Lankaya buraxmayıblar.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yerli hava limanının immiqrasiya xidmətinin məmuru deyib Ki, britaniyalı Buddanın tatuajı ilə Milli dinə sayğısızlıq edib. «Əgər ölkəyə buraxılsa idi, onun üçün çox təhlükəli olardı»- deyə, məmur söyləyib.
Mənbənin məlumatına əsasən, Şri-Lanka hakimiyyəti buddistlərin aşağılanmasının qarşısının alınması üçün bütün tədbirləri görür. Ötən il isə fransalı üç turist Buddanın heykəli yanında şəkil çəkdirdiyi və onu öpdükləri üçün 3 il şərti iş alıb.