Bolqarıstanda dinlərarası qarşıdurma qızışdırılır
21 iyun 2014 04:07 (UTC +04:00)

Bolqarıstanda dinlərarası qarşıdurma qızışdırılır

Bolqarıstanın paytaxtı Sofiyadan 200 km cənubda yerləşən Gotze Delçev şəhərində tarixi Qaraca Paşa məscidinin minarəsinə naməlum şəxslər tərəfindən iki metr uzunluğunda taxta xaç asılıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bölgənin müftiliyi olayı qınayıb.

 

Mənbə bildirib ki, son zamanlar Bolqarıstanda müsəlman icması təhqirlərə tez-tez məruz qalır.  Müftilikdən verilən açıqlamaya əsasən, bu sayaq əməllər daha böyük olayların baş verməsinə səbəb ola bilər: “Dinlərarası qarşıdurmaları qızışdıran, birbaşa milli təhlükəsizliyi təhdid edən bu hadisələr, dövlətin təhlükəsizlik səlahiyyətliləri tərəfindən  bütün ciddiliyi ilə araşdırılmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir”.

 

Gotze Delçev bölgə Müftiliyi ibadət yerlərinin qorunması və ehtimal olunan hücumların qarşısının alınması üçün dövlətin uyğun qurumlarından lazımi tədbirlərin görülməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar