BMT İrana göndərdiyi dəvəti geri götürüb
21 yanvar 2014 04:55 (UTC +04:00)

BMT İrana göndərdiyi dəvəti geri götürüb

BMT-nin baş katibi Pan Ge Mun Suriya ilə bağlı keçiriləcək beynəlxalq konfransda iştirk üçün İran hakimiyyətinə göndərdiyi dəvəti geri götürüb.

 

 

Lent.az-ın «BBC-yə istinadən məlumatına görə, buna səbəb Tehranın Suriyada keçid dövlətin yaranması şərtini qəbul etməməsidir.

 

İranın imtina etsə də, Suriya Milli şurası İsveçrənin Montrö şəhərində keçiriləcək toplantıya qatılacağına razılıq verib.

 

Yanvarın 20də Şura bildirmişdi ki, konfransda İran, Bəşar Əsədin başlıca müttəfiqi  iştirak edərsə, onlar danışıqlara qatılmayacaq.

 

ABŞ İranın tədbir iştirakçıları siyahısından çıxarılmasını alqışlayıb.

 

Xatırladaq ki, ilkin danışıqlar yanvarın 22-də Montrö də başlayacaq, 24-də isə iştirakçılar Cenevrəyə gedəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar