Ayətullah Sistani İraq hökumətini tənqid edib
21 iyun 2014 05:53 (UTC +04:00)

Ayətullah Sistani İraq hökumətini tənqid edib

İynun 20-də İraqın Kərbəla şəhərindəki cümə xütbəsində ayətullah Sistani ölkənin baş naziri Nuri əl-Malikini və onun hökumətini kəskin tənqid edib.

 

Lent.az-ın “İran.ru”-ya istinadən məlumatına görə, o, deyib ki, ölkədəki siyasi və hərbi vəziyyətin kəskinləşməsinin məsuliyyətini hökumət başçısı və onun kabineti daşıyır.

 

Xatırladaq ki, 86 yaşlı ayətullah Əli Sistani Nəcəfdə yaşayır. O, nadir hallarda kütlə qarşısına çıxır. Ayətullah Sistani dünya müsəlmanları, özəlliklə şiələr arasında böyük nüfuza malikdir. Bir neçə gün öncə o, İraq ordusuna yardım etmək üçün İŞİD yaraqlılarına qarşı savaşa çağırış etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1283

Oxşar yazılar