İŞİD-ə qarşı başladılan hərbi kompaniyaya Avstraliyada da qoşulacaq. Lent.az-ın məlumatına görə, Avstraliya hərbi hava qüvvələri ekstremistləri bombalamağa hazırlaşır. Bundan başqa rəsmi Kamberra İraqa 200-ə yaxın xüsusi təyinatlı göndərəcək. Onlar İraq ordusunda məsləhətçi xidməti göstərəcəklər.
Avstraliyanın baş naziri Toni Abbott İraqda hərbi əməliyyatların bir aya qədər davam edə biləcəyini bildirib: “Biz İraqda nə qədər lazımdır, o qədər qalacağıq. Amma lazımdan artıq yox. Avstraliya hazırda müharibə şəraitində deyil. Hərbi əməliyyatlar hər hansı bir ölkəyə qarşı keçirmir. Əməliyyatlar terroristlərə qarşı nəzərdə tutulub”.