Avropa Birliyinin Statistika Bürosu 2013-cü ildə birbaşa maliyyə investisiyaları haqda hesabat yayıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, AB investisiyasını əsasən ABŞ-a yönəldib. Bununla yanaşı Rusiyadan sərmayəsinin bir qismini çıxarıb.
Büro bildirib ki, 2013-cü ildə Birlik başqa ölkələrə 341 milyard avro sərmayə qoyduğu halda, 327 milyard avro qəbul edib.
Avropa Birliyinin sərmayəsi belə bölünüb: 159 milyard avro ABŞ, 40 milyard dollar xarici offşor mərkəzlər, 36 milyard Braziliya, 24 milyard İsveçrə, 10 milyard Honkonq və 8 milyard Çin. Başqa dövlətlərdə bundan azdır.
Sərmayəsini çıxartdığı ölkələr arasında Rusiya liderlik edir. 2013-cü ildə Avropa Birliyi bu ölkədən 11 milyard avroluq investisiyasını çəkib.
Rusiya isə birliyə 8 milyard avro, ABŞ-a 313 milyard, Braziliyaya 21 milyard, İsveçrəyə 18 milyard, Yaponiya 10 milyard, Honkonqa 8 milyard sərmayə qoyub.