Martın 7-də iş yerində «Yəhudilərə burada yer yoxdur!» lövhəsini asan yunan həkimin məhkəməsi olub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Saloniki məhkəməsi 57 yaşlı həkim Kostasa Kastaniotisə 16 ay iş kəsilib.
O, irqçiliyə qarşı qanunu pozmaqda və qanunsuz silahı saxlamaq maddələri ilə ittiham olunub. Bundan başqa antisemit yunan həkim 2 min 500 avro cərimə də ödəyəcək.
Həkimin evində axtarış zamanı polislər faşist rəmzləri və ədəbiyyatı aşkarlayıb.
Hökmün icrasına 3 il möhlət verilib.