Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssisləri İranın Ərak şəhərindəki atom obyektini təftiş edəcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu qurumun mətbuat katibi Cil Tüdor deyib.
«Bəli, təftiş olacaq İran dekabrın 8-ə dəvət edib. Biz onu qəbul etmişik» - deyə, o, bildirib.
Bir müddət öncə AEBA-nın baş direktoru Yukia Amano bildirmişdi ki, Tehran hakimiyyəti Ərakdakı ağır su istehsal edən zavoda dəvət göndərib.