ABŞ və Kanada «Press TV»-nin yayımını dayandırdı
12 fevral 2013 07:19 (UTC +04:00)

ABŞ və Kanada «Press TV»-nin yayımını dayandırdı

0

 

ABŞ və Kanda ərzasində İranın ingilis dilli «Press TV»-sinin yayımlanması yasaqlanıb.

 

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, peyk yayımıçısı «İntelsat» bu TV-ni «Galaxsy19»-un siyahısından çıxarıb.

 

Qurum bildirib ki, İranın teleanalı «söz azadlığında sui-istifadə edir».

 

«Asoşieyted press»in məlumatına əsasən, «Press TV»-nin bağlanması İrana qarşı tətbiq olunan sanksiyalara zərfinə daxildir.

 

Qeyd edək ki,ingilis dilli beynəlxalq xəbər telekanalı - «Press TV» gecə-gündüz yayımlanır.Onun İran İslam Respublikası maliyyələşdirir. Telekanalın mənzil –qərargahı Tehranda yerləşir. Bu TV-də 26 beynəlxalq müxbir və 400-ə yaxın əməkdaş çalışır.

 

Onu da xatırlamaq lazımdır ki, ABŞ və AB-yə məxsus peyklər 2012-ci ilin oktyabrından İranın ingilis, ərəb, ispan və fars dillərində yayımlanan 20-yə yaxın teleradio kanalının yayımını dayandırıb. Belə ki, “Press TV”, “Hispan TV”, “əl-Aləm”, “əl-Kövsər”, “Səhər, “ıFilm” kimi telekanalların yayımları “Eutelsat”, “Intelsat” və “Hispasat” peykləri tərəfindən dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 641

Oxşar yazılar