ABŞ Rusiyanı Ukraynanın şərqinə hərbi texnika göndərməkdə ittiham edib
21 iyun 2014 01:16 (UTC +04:00)

ABŞ Rusiyanı Ukraynanın şərqinə hərbi texnika göndərməkdə ittiham edib

ABŞ Rusiyanı Ukraynanın şərqindəki terrorçulara silah verməkdə yenə ittiham dib. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Ağ Evin təmsilçisi bildirib: “Biz əminik ki, ötən həftə Rusiya cənub – şərq bazasından Ukraynanın şərqinə tanklar və raket qurğuları göndərib”.

 

O, əlavə edib : “ABŞ hakimiyyətinin mövqeyindən çıxış edərək, onu da təsdiqləyirəm ki, bizdə Rusiyanın həmin bazasından dünən Ukraynanın şərqinə əlavə tankların göndərildiyinə dair məlumat var. Rusiya Ukrayna ilə sərhədə yenidən qoşun cəmləyib. Bölgəyə əlavə qüvvələr gələn həftə yeridilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar