ABŞ İranla alverdə 11 ölkəyə "göz yumdu"
14 mart 2013 07:32 (UTC +04:00)

ABŞ İranla alverdə 11 ölkəyə "göz yumdu"

İran neftinin alınmasına qoyulmuş qadağaya ABŞ yenidən baxıb.

 

Nəticədə Yaponiya və  Avropa Birliyinin 10 ölkəsi siyahıdan çıxarılıb. 

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri məlumat verib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət nüvə proqramı ilə bağlı təhlükə aktual olduğu müddətdə İran rejiminə təzyiqi davam etdirməyə hazırdır. Bununla belə İran neftinin iri alıcıları neft sanksiyalarını dəstəkləməyə məcbur olan ölkələr siyahısından çıxarılıblar. Bu siyahıda Yaponiya, Belçika, Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Niderland, Polşa, Fransa və Çexiya var.

 

C.Kerri qeyd edib ki, Avropa Birliyinə daxil olan ölkələr İran neftinə qoyulmuş embarqonu dəstəkləyiblər, Yaponiya isə aldığı neftin həcmini əhəmiyyətli dərəcədə azaldıb."İrandan neft alınması bu ölkələrin ABŞ maliyyə sistemindən kənarlaşdırılmasına gətirməyəcək"-deyə, o, bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar