ABŞ, Fransa və Almaniya Rusiyanı yeni sanksiyalarla hədələdi
21 iyun 2014 10:38 (UTC +04:00)

ABŞ, Fransa və Almaniya Rusiyanı yeni sanksiyalarla hədələdi

 ABŞ prezidenti Barak Obama fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə telefonla danışıb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, danışıqlar zamanı Ukraynanın şərqində vəziyyətin gərginləşməsi müzakirə olunub.

 

ABŞ, Fransa və Almaniya liderləri razılığa gəliblər ki, Rusiya Ukrayna ilə sərhəd bölgələrində gərginliyin aradan qaldırılmasına səylər göstərməsə, Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar