ABŞ-ın İllinoys ştatındakı poladəritmə zavodunda baş vermiş partlayış nəticəsində 10 nəfərə yaxın işçi çeşidli dərəcədə yaralanıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay «American Steel» şirkətinə məxsus zavodda baş verib. Yanğınsöndürmə idarəsi bildirib ki, təbii qaz sızması partlayışa səbəb ola bilər.
Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Mənbənin məlumatına əsasən, onlardan 3-nün vəziyyəti daha ağırdır.
Polis hadisəni araşdırır.