Florida sahilləri yaxınlığında 40-dan artıq qara balina özünü sahilə atıb.
Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə Everqleyds milli parkının ərazisində, dayazlıqda baş verib. Özünü sahilə atan balinalardan 10-u məhv olub.
Xilasedicilər, Milli Parkın əməkdaşları və könüllülər digər balinaların həyatını xilas etməyə çalışırlar. Onlar özünü sahilə atmış balinaları Meksika körfəzinə geri qaytarmağa cəhd göstərirlər. Elmi adı “qrinda” olan bu qara balinaların uzunluğu 8 metrə çatır, hər birinin orta çəkisi bir tondur. Təbiətşünaslar onları qara delfin də adlandırır. Balinaların özlərinin sahilə atmasının səbəbi məlum deyil, ekoloqlar bu təbiət hadisəsini Meksika körfəzinin neft məhsulları ilə həddən artıq çirklənməsi ilə izah edirlər.

ABŞ-da balinaların kütləvi intiharı: 40 balina özünü sahilə vurdu
Oxşar yazılar

Trampın Zelenski və Avropa liderləri ilə görüşünün NƏTİCƏSİ
19 avqust 2025 , 02:54
Tramp Putinə zəng etdi, 40 dəqiqə müzakirə apardı
19 avqust 2025 , 02:09
Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsi üçün ŞƏRTLƏRİNİ AÇIQLADI
18 avqust 2025 , 22:06
Tramp: Ukraynaya təhlükəsizlik zəmanətləri veriləcək
18 avqust 2025 , 22:04
Tramp və Zelenski arasında görüş başa çatıb - YENİLƏNİB
18 avqust 2025 , 21:39
Tramp: Sabah Ağ Evdə böyük bir gün olacaq
18 avqust 2025 , 07:44
Bir gecədə 68 nəfər həbs edilib - Baş prokurordan açıqlama
18 avqust 2025 , 06:41