Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq ilə görüşüb. Bu barədə Lent.az-a Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.
O, söhbət zamanı S.A.Sadiqi Pakistan Milli Assambleyasının sədri vəzifəsinə seçilməsi, həmçinin üzvü olduğu Pakistan müsəlman Liqasının seçkilərdə inamlı qələbə çalması münasibəti ilə Milli Məclisin sədri Oqtay Əsədovun adından təbrik edib, həmçinin, ölkəmizə səfərə dəvət edib.
Görüşdə, Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni və humanitar aspektlərindən söz açılıb. Səfir Pakistanın Ermənistan-Azərbaycan Dağlı Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasəti ilə bağlı bir ölkə kimi tanımadığına görə həmsöhbətinə öz minnətdarlığımı ifadə edib.
Daha sonra, səfir Pakistan prezidenti və baş nazirinin Azərbaycana səfərlərinin gündəmdə olduğunu qeyd edərək bu səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyini vurğulayıb.
Pakistan Milli Assambleyasının sədri ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini geyd edərək, Azərbaycanın Kəşmir məsələsində Pakistanı dəstəklədiyinə görə minnətdarlıq hissini vurğulayıb.
Sədr, Azərbaycanda keçirilmiş Prezident seçkilərində hakim Pakistan Müsəlman Liqasından olan deputat və senatorların müşahidəçi qismində iştirak etdiyini, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçdiyini qeyd edərək təbriklərini cənab Prezidentə çatdırmağı xahiş etmişdir.
Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib. Görüşün sonunda sədr Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.