«Türkiyə İranla əlaqələri daha da gücləndirəcək»
21 dekabr 2013 19:06 (UTC +04:00)

«Türkiyə İranla əlaqələri daha da gücləndirəcək»

«Türkiyə-İran əlaqələri çox yaxşı və qardaşlıq münasibətləri çərçivəsindədir». APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə İranla əlaqələrini daha da gücləndirəcək.

Ə.Davudoğlu dekabrın 18-də Pakistanda keçirilən «D-8» ölkələri Nazirlər Şurasının XVI toplantısı çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünə də toxunub: «Biz bütün mövzuları müzakirə etdik. Xüsusilə də ikitərəfli əlaqələr, bölgənin vəziyyəti, Suriya böhranı başda olmaqla İslam dünyasındakı problemlər, qlobal məsələlər, Türkiyə rəsmilərinin İrana səfərləri və İran prezidentinin Türkiyəyə həyata keçirəcəyi səfəri haqqında fikir mübadiləsi apardıq».

Bu arada Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Tərəflər müxtəlif məsələlərlə yanaşı, İranla «altılıq» ölkələri arasında keçirilən nüvə müzakirələri ilə bağlı da fikir mübadiləsi aparıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26