“Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanı daha çox öldürücü silahla təmin etmək istəyini açıqlayıb, çünki Vladimir Putin vəziyyəti daha da pisləşdirə bilər”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin nazirlərlə keçirilən toplantıda bildirib.
“Böyük Britaniya Ukraynaya dəstəyin “yeni mərhələsinə” keçir və hökumət onun hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir. Ukrayna ordusu təkcə iri şəhərləri saxlamır, rusları geri çəkilməyə məcbur edir. Bununla yanaşı, dəstəyimiz də dəyişməlidir”, deyə T.Radakin vurğulayıb.