Rusiyanın Ukraynaya hücuma başladığı gündən bəri Rusiyanın itirdiyi canlı qüvvə və hərbi texnikaların sayı açıqlanıb.
Lent.az yerli mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bu günə olan məlumata görə, 5710 rus hərbçisi öldürülüb, 200 hərbçi əsir götürülüb.
Məhv edilən hərbi texnikalar:
Təyyarə - 29 ədəd;
Helikopter - 29 ədəd;
Tank – 198 ədəd;
BBM – 846 ədəd;
Artilleriya sistemləri – 77 ədəd;
Hava hücumundan müdafiə sistemləri – 7 ədəd;
MLRS – 24 ədəd;
PUA - 3 ədəd;
Yanacaq və sürtkü yağları olan çənlər – 60 ədəd;
Kater - 2 ədəd;
Hərbi avtomobil - 305 ədəd.