Üçüncü Dünya Müharibəsinin  başlamasına   bir neçə həftə qaldı - İDDİA
06 iyun 2024 20:15 (UTC +04:00)

Üçüncü Dünya Müharibəsinin başlamasına bir neçə həftə qaldı - İDDİA

Sosial şəbəkələrdə məşhurlaşan hindistanlı astroloq Kuşal Kumar Üçüncü Dünya Müharibəsinin başlamasına cəmi bir neçə həftə qaldığını iddia edir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o hələ dəqiq tarix barədə qərar verməsə də, bizi iyun ayında taleyüklü hadisələrin gözlədiyinə inanır.

O, qeyd edir ki, 2024-cü il üçün əvvəlki proqnozları, xüsusən də mayın 8-i ətrafında olan dövrdə son dərəcə narahatedicidir. Bu müddət ərzində bəzi səlahiyyətli şəxslər mümkün xəstəlik və ya istefa da daxil olmaqla ciddi çətinliklərlə üzləşə bilər.

"Siyasi arenada təlatümlər qaçılmazdır. Hazırda planetar hərəkətlər ordunun müdaxilə edib nəzarəti ələ keçirməsi ehtimalını göstərir", - Kumar izah edir.

Astroloq Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi bir neçə tarixi də qeyd edir: Ən çox ehtimal olunan tarix iyun ayının 18-i günüdür ki, bu zaman planetlərə təsir xüsusilə güclü olacaq. Lakin 10 iyun və 29 iyun da ciddi təhlükə yaradır.

Pançkuladan olan Kuşal Kumar özünü dünya hadisələrini proqnozlaşdıran astroloq kimi təsvir edir. Sosial media profillərinə görə, Kumar vedik astrologiya ilə məşğul olur və gələcək hadisələri proqnozlaşdırmaq üçün planetar xəritələrdən istifadə edir.

Əlavə edək ki, Kumarın istifadə etdiyi vedik astrologiyası çoxəsrlik tarixə malikdir və qədim hind kitablarına əsaslanır. Yalnız hadisələri proqnozlaşdırmır, həm də həyat keyfiyyətini yaxşılaşdırmaq və kosmik qüvvələrlə harmoniya əldə etmək üçün məsləhətlər verməyə çalışır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12546
avatar

Oxşar yazılar