Türkiyədə zəlzələdə  ölənlərin sayı   2900-ü keçdi -  YENİLƏNİB
07 fevral 2023 05:40 (UTC +04:00)

Türkiyədə zəlzələdə ölənlərin sayı 2900-ü keçdi - YENİLƏNİB

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə AFAD rəhbəri Yunus Sezer məlumat verib.

Son məlumatlara görə, 2921 nəfər ölüb, yaralananlar isə 15 834 nəfərdir.

Dağıntıya məruz qalmış bina sayı isə 6217-dir.

***

Saat 01:45

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oktay canlı yayımda məlumat verib.

Son məlumatlara görə, 2379 nəfər ölüb.

Yaralı sayı isə 14 483 nəfər qeydə alınıb.

İndiyə qədər dağıntılar altından 7840 vətəndaş xilas edilib.

***

Saat 00:45

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Son məlumatlara görə, 2316 nəfər ölüb.

Yaralı sayı isə 13 293 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 6217 olub.

***

06.02.2023

Saat 23:15

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

***

Saat 21:30

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Lent.az NTV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1651 nəfərə çatıb.

Qeyd olunub ki, 11 119 nəfər yaralı var.

***

Saat 19:42

Türkiyədəki dəhşətli zəlzələdə ölənlərin sayı 1541 nəfərə çatıb. 

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bu haqda vitse-prezident Fuat Oktay məlumat verib.

Onun dediyinə görə, zəlzələdə  9733 nəfər isə yaralanıb.

***

18:32

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

***

17:45

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Lent.az xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəldiyi, 7 634 nəfərin yaralandığı açıqlanıb.

Qeyd edək ki, zəlzələ nəticəsində 2 834 bina dağılıb.

***

16:22

 

Türkiyə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.

Lent.az xəbər verir ki, zəlzələ zamanı yaralananların sayı 7003 nəfərdir.

***

14:14

 

Türkiyə zəlzələ nəticəsində 912 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib. O, 5 385 nəfərin yaralandığını qeyd edib.

Ərdoğan əlavə edib ki, 2 470 nəfər dağıntıların altından xilas edilib.

Zəlzələ nəticəsində ümumilikdə 2 818 bina dağılıb.

 

***

11:08

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.


 

# 15615
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20