Türkiyə ordusu zəlzələdə 3 şəhid verdi
06 fevral 2023 13:38 (UTC +04:00)

Türkiyə ordusu zəlzələdə 3 şəhid verdi

Türkiyənin müdafiə naziri Hulusi Akar ordunun zəlzələdə gördüyü zərər barədə danışıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin 3 şəhidinin olması barədə məlumat verib.

“Türkiyə Sillahlı Qüvvələri olaraq verdiyimiz itkiləri müəyyənləşdirmək üçün yoxlamalara davam edirik. Təəssüflə xəbər verirəm ki, 3 şəhidimiz və yaralılarımız var. Ordu hissələrində yoxlamalar davam edir”,- deyə o bildirib.
 

# 1446
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar