Timsah futbol oynayan uşağı yedi
30 may 2025 11:38 (UTC +04:00)

Timsah futbol oynayan uşağı yedi

İndoneziyada nəhəng timsah yeniyetməni yeyib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, 13 yaşlı Muhammad Syahputra Almanda çay sahilində dostları ilə futbol oynayırmış. Dörd metrlik timsah topu götürmək üçün suya girən oğlana qəfil hücum edib.

O, dostundan topu suya atmasını istəyib, onun ardınca çaya atılıb və bir daha ayağa ordan çıxa bilməyib. Timsah onu parçalayıb.

Qayıqlarda olan xilasedicilər bir neçə saat axtarış apararaq, çoxlu xəsarətləri olan  cəsədi tapıblar.

Uşağın ölümü yerli sakinlər arasında hiddət dalğasına səbəb olub. İnsanlar hakimiyyətdən təhlükəsizliyi təmin etmək üçün təcili tədbirlər görməyi tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar