Yens Stoltenberq
24 mart 2022 13:22 (UTC +04:00)

Yens Stoltenberq

Stoltenberq: “NATO ilə Rusiya arasında genişmiqyaslı müharibə...” 

“NATO Ukraynaya qoşun yeritməyəcək və səmanı bağlamayacaq”. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə sammiti öncəsi brifinqdə deyib.

O vurğulayıb ki, Alyans münaqişənin Ukraynadan kənarda genişlənməsinin qarşısını almağa borcludur ki, bu da daha da böyük nəticələrə gətirib çıxarmasın. 

Baş katib əlavə edib ki, Ukrayna səmasının təşkilat tərəfindən bağlanması NATO ölkələri ilə Rusiya arasında genişmiqyaslı müharibə riskinin çox yüksək olacağına zəmin yarada bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2454

Oxşar yazılar