Rusiyada “McDonald's”u "Vanya dayı" etdilər: OXŞAR LOQO - FOTO
18 mart 2022 13:29 (UTC +04:00)

Rusiyada “McDonald's”u "Vanya dayı" etdilər: OXŞAR LOQO - FOTO

Xəbər verdiyimiz kimi, ötən həftə qlobal fast-food şəbəkəsi “McDonald's” Rusiyadakı bütün restoranlarını bağladığını elan edib.

Yerli mütəxəssislər sözügedən şirkəti əvəzləyəcək yerli şəbəkə yaradıblar.

Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin reyestrində xəbər dərc edilib.

"Vanya dayı" adlanacaq yeni fast-food şəbəkəsi ilə bağlı aidiyyəti orqana ərizə “McDonald's” ölkədən  ayrıldıqdan 4 gün sonra – martın 12-də verilib.

"Vanya dayı" adı ilə dövriyyəyə girəcək şirkətin loqosu daha çox diqqət çəkir. Loqo “McDonald's”ın loqosu ilə çox oxşardır, yalnız bəzi əlavələr fərqlidir:

“McDonald's”ın loqosundakı “M” hərfi sağ tərəfə çevrilir, onun solunda isə çubuq qoyulur – beləliklə “B” (red. - kiril əlifbasında bu, “V” hərfidir) hərfi alınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3573

Oxşar yazılar