Rusiya Qərb Hərbi Dairəsinin 1-ci Tank Ordusunun komandanı general-leytenant Kisel Sergey Aleksandroviç tutduğu vəzifədən azad edilib.
Lent.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Tsımbalyuk məlumat yayıb.
Generalın vəzifəsindən uzaqlaşdırılmasına səbəb tabeliyində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının aşağı səviyyədə olması, habelə Ukrayna ilə müharibədə verilmiş tapşırığı yerinə yetirə bilməməsi olub.
Roman, həmçinin bildirib ki, müharibə dövründə Sergey Kiselin rəhbərlik etdiyi Qərb ordusunun 11161 saylı hərbi hissəsinin şəxsi heyət arasında böyük itkilərin olması da onun səlahiyyətlərinin əlindən alınmasına səbəb kimi göstərilir.