“Rusiya hərbi texnikalarının dörddə biri...” - Estoniya kəşfiyyatından ŞOK
07 mart 2022 18:54 (UTC +04:00)

“Rusiya hərbi texnikalarının dörddə biri...” - Estoniya kəşfiyyatından ŞOK

1

Ukraynaya hücum zamanı Rusiya qoşunları müharibənin əvvəlinə qədər sərhəddə cəmlənmiş bütün hərbi texnikanın təxminən dörddə birini itirdi, lakin rus ordusunun silah çatışmazlığından əziyyət çəkəcəyini gözləməməlisiniz”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat Mərkəzinin rəhbəri Marqo Qrossber nazirlikdə keçirilən brifinqdə bildirib.

Hərbi kəşfiyyat rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasının çox sayda texnikası var:

“Baxmayaraq ki, onlar orada cəmlənmiş texnikanın dörddə birini, əsasən, yanacaq çatışmazlığı üzündən tərk ediblər, hələ də texnikaları var. Ümumilikdə Rusiya ordusunun üçdə biri Ukrayna ilə sərhədə yerləşdirilib. Bu o deməkdir ki, üçdə ikisi hərbi bazalarda qalmaqdadır”.

Qrosber əlavə edib ki, son 24 saat ərzində Rusiya qoşunları Ukraynada ciddi irəliləyiş əldə edə bilməsə də, Kiyevi mühasirəyə almağa cəhd göstərir:
.
Qeyd edək ki, Rusiya mediası çox sayda texnikanın cəmləşdiyi Rusiya hərbi karvanının ön hissəsinin Kiyevin mərkəzindən təxminən 30 km aralıda yerləşdiyini yazır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3829

Oxşar yazılar