Ukraynalı jurnalist, fotoqraf Maks Levin və onun əsgər dostu Aleksey Çernışev edam edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Birliyi hesabat yayıb.
Məlumata görə, Kiyev ətrafında rusların əsirliyinə düşən jurnalistlə onun əsgər dostu uzun sürən sorğu-sualdan və işgəncədən sonra yandırılıb. Yandırılmış meyitləri isə güllələyiblər.