Roman Abramoviç
08 iyun 2022 19:44 (UTC +04:00)

Roman Abramoviç

Roman Abramoviç sərvətinin yarısını itirdi - Saymaqla bitmir...

Ukraynada xüsusi əməliyyat başlayandan sonra Roman Abramoviç sərvətinin yarısını itirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Times” qəzetinin hesabatında məlum olub. Qəzetin hesabatında bildirilir ki, son bir ildə rusiyalı oliqarxın sərvəti təxminən 13,9 milyard ABŞ dollarından 7,5 milyard ABŞ dollarına qədər azalıb.

Bu, ilk növbədə Britaniya hökumətinin Abramoviçə qarşı tətbiq etdiyi sanksiyalara görə baş verib. Avropa Birliyi də oliqarxı “Vladimir Putinlə uzun və yaxın əlaqələrdə” və “prezidentlə imtiyazlı çıxışda” ittiham edərək sanksiyalar tətbiq edib. “The Times” yazır ki, Abramoviç hazırda Aİ-yə sənədlər göndərərək bu qərara etiraz etməyə çalışır.

Roman Abramoviç

Hazırda Abramoviç Böyük Britaniya, Fransa və Nyu-Cersidəki əmlakının dondurulmasından, həmçinin “Çelsi”nin məcburi satışından xeyli pul itirib.

Qəzetin məlumatına görə, çox güman ki, Roman Abramoviç futbol klubunun satışına görə haqqı olan 5 milyard dolları almayacaq. Abramoviçin Böyük Britaniyadakı dondurulmuş hesabına 3 milyarda yaxın vəsait köçürülüb. Oliqarxın özü bəyan edib ki, vəsaitlər humanitar yardım kimi Ukraynadakı xüsusi əməliyyatın qurbanları üçün yönləndiriləcək. Qalan vəsait (təxminən 2 milyard dollar) “Çelsi”nin inkişafına sətf ediləcək.

Aprel ayında Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi rus oliqarxlarına məxsus (təyyarələr, yaxtalar və villalar daxil olmaqla) 23 milyard dollar dəyərində 33 mülkün müsadirə edildiyini bildirib. Abramoviçin itkilərinin dəqiq məbləği məlum deyil. Bununla belə, əvvəllər Kral VIII Eduardın istirahət evi olan Antibes burnunda 110 milyon dollar dəyərində olan “Chateau de la Croix” villasının həbs edildiyi də bildirilir.

“The Guardian” yazır ki, Abramoviç Londonda 250 milyon dollar dəyərində olan mülkünü satır.

Onun may ayında Portuqaliyada təxminən 12 milyon dollar dəyərində sarayı həbs edilib.

İyunun 6-da Nyu-York məhkəməsi Abramoviçin 400 milyon dollar dəyərində olan iki şəxsi təyyarəsi – “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER”ə həbs qoyulmasına qərar verib. Düzdür, onların müsadirə olunacağı ehtimalı azdır. Çünki bir təyyarə BƏƏ-də, ikincisi Rusiyada yerləşir.

Abramoviçin iki yaxtası – 1 milyard dollarlıq “Eclipse” və 430 milyonluq “Solaris” də həbs təhlükəsi altındadır. Lakin oliqarx hər iki gəmini Aİ-nin ərazi sularından çıxara bilib. Ehtimal ki, hazırda Türkiyədədirlər.

Roman Abramoviçin yaxtası

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

Oxşar yazılar