Dünyaca məşhur rok ulduzu Elvis Preslinin zərgərlik kolleksiyası hərraca çıxarılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 200 parçadan ibarət kolleksiya əslində 50 ildən çoxzaman keçsə də, yox idi.
Kolleksiya Preslinin həyat yoldaşı Prissilla Preslinin töhfəsi ilə tamamlanıb.
Həyat yoldaşı açıqlamasında “Əlbəttə ki, hərrac özü ilə çoxlu xatirələr gətirdi. Hərracı dəstəkləməyimin səbəbi Elvisin saxtakarlıqlarının satıldığını görməkdən bezdiyim üçün. Bunlar real məhsullardır. Elvis həqiqətən bunları geyinirdi, digərləri kimi deyil", - vurğulayıb.
Satışa çıxarılanlar arasında məşhur ulduzun onu qoruduğuna inandığı və səyahətlərində həmişə özü ilə apardığı qızıl medal da var.
Eyni zmanda, Preslinin 1968-ci ildə səhnədə istifadə etdiyi gitara və meneceri Tom Parkerə hədiyyə etdiyi zinət əşyaları hərracda satılacaq.
Hərrac avqustun 27-də keçiriləcək.