Qadın telefona görə ərini çarpayıya bağlayıb işgəncə verdi
05 iyun 2024 10:37 (UTC +04:00)

Qadın telefona görə ərini çarpayıya bağlayıb işgəncə verdi

Hindistanda qadın mobil telefon üstündə mübahisə zəminində ərini çarpayıya bağlayıb, kriket dəyənəyi ilə döyüb və elektrik cərəyanı ilə işgəncə verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Uttar Pradeş ştatının Saifai şəhərindən olan Pradip Sinq 33 yaşlı həyat yoldaşı Babi Yadavın hər gün kiminləsə telefonla danışdığını görüb. Bu səbəbdən cütlük bir neçə dəfə mübahisə edib. Nəticədə kişi Yadavın davranışını ailəsinə danışıb. Ona arvadının telefonunu götürməyi məsləhət görüblər. Sinq deyilənləri edib və bu, arvadını qəzəbləndirib.

Qisas alan qadın ərinə sakitləşdirici dərman verib və onu kriket dəyənəyi ilə döyüb. Sonra onu çarpayıya bağlayıb və elektrik cərəyanı ilə işgəncə etməyə başlayıb. 14 yaşlı oğlan anasının qarşısını almağa çalışsa da, o da döyülüb.

Nəticədə Sinq xəstəxanaya yerləşdirilib və müalicəsi davam edir. Yadav isə polisdən gizlənib. O, adam öldürməyə cəhd, zəhər və hədə-qorxu ilə sağlamlığa zərər vurmaq ittihamı ilə axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2445
avatar

Oxşar yazılar