Putin döyüşə könüllüləri göndərir:  TƏSDİQLƏNDİ
11 mart 2022 15:19 (UTC +04:00)

Putin döyüşə könüllüləri göndərir: TƏSDİQLƏNDİ

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdən Ukraynaya könüllülərin cəlb edilməsi təklifi ilə razılaşıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin, həmçinin, könüllülərin müharibə bölgəsinə çatdırılması üçün köməyə ehtiyacları olduğunu da qeyd edib.

O, əlavə edib ki, Qərb də münaqişədə iştirak üçün muzdlu topladıqlarını gizlətmirlər, beynəlxalq hüquq normalarına məhəl qoymadan bunu açıq şəkildə edirlər.

Rusiya lideri müdafiə naziri Sergey Şoyquya NATO-nun hərəkətləri ilə əlaqədar Rusiyanın qərb sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı ayrıca hesabat hazırlamağı tapşırıb. O, nazirin ələ keçirilən Qərb istehsalı olan texnika və silahların, o cümlədən tank və “Javelin” komplekslərinin Donbasa təhvil verilməsi təklifini dəstəkləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136

Oxşar yazılar