Suriya prezidenti Əhməd əl-Şaranın qardaşı Mahir əş-Şara Prezident Sarayının baş katibi təyin edilib.
APA xəbər verir ki, bu haqda Suriya mətbuatı məlumat yayıb.
Hələlik təyinatı təsdiqləyən rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Mahir əş-Şara Əsəd rejiminin devrilməsindən sonra bir müddət Suriyanın keçid hökumətinin səhiyyə naziri postunu tutub.
Mahir əl-Şara tibb elmləri doktorudur. Onun ikinci təhsili isə səhiyyə sistemlərinin idarə edilməsi üzrə olub.