Nikol Paşinyan
03 may 2021 15:30 (UTC +04:00)

Nikol Paşinyan

Paşinyan baş nazir seçilmədi - YENİLƏNİB

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanın Baş nazir postuna namizədliyinin lehinə səs verməyib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, məqsəd növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Paşinyanın Baş nazir seçilməsinin lehinə 1, əleyhinə 3 deputat səs verib, 75 nəfər bitərəf qalıb.

Spiker Ararat Mirzoyan N. Paşinyanın Baş nazir seçilmədiyini elan edib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilərin bu il iyunun 20-də keçirilməsi gözlənilir. Seçkilərlə əlaqədar Baş nazir postundan istefa verən N. Paşinyan hazırda bu vəzifəni müvəqqəti icra edir. Parlamentdə bu gün keçirilmiş səsvermə isə növbədənkənar seçkilərin baş tuta bilməsi üçün prosedur xarakteri daşıyır. 

***

saat 14:27

Ermənistan parlamentinin hakim fraksiyası “Mənim addımım” hökumətin başçısı vəzifəsini icra edən Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, fraksiyanın rəhbəri Lilit Makuntsun sözlərinə görə, bu addım erkən seçkilərin keçirilməsi prosedurunun bir hissəsidir. 

Ölkə qanunvericiliyinə görə, deputatlar iki həftə ərzində baş nazir seçməsələr, parlament buraxılacaq və ölkədə erkən seçkilər keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7205

Oxşar yazılar

NATO genişmiqyaslı  təlimlərə başlayır

NATO genişmiqyaslı təlimlərə başlayır

31 mart 2025 , 07:18
Volkan Konak dünyasını dəyişdi

Volkan Konak dünyasını dəyişdi

31 mart 2025 , 05:53
Zelenski ABŞ-la minerallarla bağlı müqavilədən imtina etmək istəyir

Zelenski ABŞ-la minerallarla bağlı müqavilədən imtina etmək istəyir

31 mart 2025 , 03:38
İranda DƏHŞƏTLİ QƏZA:  14 nəfər öldü

İranda DƏHŞƏTLİ QƏZA: 14 nəfər öldü

30 mart 2025 , 23:21
ABŞ Yəməni VURDU:  Ölən və yaralananlar var

ABŞ Yəməni VURDU: Ölən və yaralananlar var

30 mart 2025 , 21:47
Donald Tramp, ABŞ Prezidenti

"İran misli görünməmiş bombardmana məruz qalacaq"-Tramp

30 mart 2025 , 18:25
Riçard Çemberlen

Riçard Çemberlen vəfat etdi

30 mart 2025 , 18:17
Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO

Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO

30 mart 2025 , 17:09