Papa XIV Leonun uşaqlığını keçirdiyi Çikaqo (İllinoys ştatı) ətrafında yerləşən ev hərraca çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə cümə günü ABC məlumat yayıb.
Evin başlanğıc qiyməti 250.000 dollardır. Təkliflər iyunun 18-dək qəbul edilir. Lakin ev sahibinin bu tarixə qədər hərracı bitirmək hüququ var.
Evdə üç yataq otağı və iki vanna otağı var. Ev əvvəllər 200 min dollara satışa çıxarılmışdı. Lakin Papa seçildikdən sonra evin elanı ləğv edilib.
Qeyd edək ki, mayın 8-də amerikalı kardinal Robert Frensis Prevost Papa seçilərək XIV Leo adını alıb.