Meksikanın Gerrero ştatında bir-biri ilə döyüşən narkotik kartelləri arasında atışma olub. Atışma nəticəsində 16 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, son illərdə ölkə öz təsir dairələrini genişləndirmək istəklərinə görə narkotik kartellərinin döyüş meydanına çevrilib.
Məlumata görə, atışma zamanı dörd yerli polis və Meksika Milli Qvardiyasının daha üç əsgəri yaralanıb.
Meksika hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 11 nəfəri saxlayıb.
Meksika ştatında baş verən hadisələr ABŞ-ın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək üçün Meksikaya təzyiq göstərməsi fonunda baş verir. Meksika isə Birləşmiş Ştatlardan cinayətkar qruplara ümumi sərhəddən silah tədarükünün qarşısını almaq üçün daha çox iş görməsini tələb edir.