Məşhur müğənni Kahramanmaraşda insanlara yemək paylayır
14 fevral 2023 13:40 (UTC +04:00)

Məşhur müğənni Kahramanmaraşda insanlara yemək paylayır

İsveçdə yaşayan Livan əsilli müğənni Maher Zain Türkiyədəki dəhşətli zəlzələdən sonra yardım çağırışına səs verən sənətçilərdəndir. O, sosial şəbəkə hesabında zəlzələdən əziyyət çəkmiş insanlara kömək üçün yardım çağırışları edib və daha sonra böyük maddi yardım toplayaraq Kahramanmaraşa gedib.

Maher Zain hazırda zəlzələ bölgəsində fəaliyyət göstərən “Salam Charity” təşkilatı ilə birlikdə insanlara isti yemək paylamaqla məşğuldur.

“Kahramanmaraşa gəldik Burda fəlakətin böyüklüyünü sizə çatdırmağa çalışıram, amma kameralarla bunu etmək mümkün deyil. Elədiklərimiz kiçik şeylərdir, lakin lazımlıdır. Hamınıza etdiyiniz yardımlara görə təşəkkür edirəm. Əlimizdən gələni etməliyik”,- deyə o öz Instagram səhifəsində yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796

Oxşar yazılar