Sinqapurda 15 yaşlı məktəbli kişiyə bıçaqla hücum edərək siqaretini götürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əlavə, yeniyetmə zərərçəkmişin 606 dollar pulunu da əlindən alıb.
Məlumata görə, hadisə səhər tezdən kişi işə gedərkən baş verib. 15 yaşlı məktəbli onu bıçaqla hədələyərək siqareti və bütün pulu verməsini tələb edib. Siqareti və pulu alandan sonra yeniyetmə qaçıb.
Məktəbli polis tərəfindən saxlanılıb.
Zərərçəkmişin oğurlanmış siqaretləri və verdiyi puldan 22 dollar qaytarılıb. Yeniyetmə silahlı soyğunçuluqda ittiham olunur və onu 3 ildən 14 ilə qədər həbs gözləyir.