Uçan avtomobil
30 iyun 2021 14:33 (UTC +04:00)

Uçan avtomobil

Maşın şəhərlərarası uçuşunu etdi - FOTO

Uçan maşın ilk sınağını uğurla başa vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Slovakiyanın “KleynVision” şirkəti tərəfindən istehsal olunan uçan maşın “Aircar” ilk şəhərlərarası uçuşunu iyunun 28-də Nitra və paytaxt Bratislava arasında həyata keçirib. Avtomobil Nitra beynəlxalq hava limanından Bratislava limanına 35 dəqiqəyə çatıb.

Şirkətdən verilən açıqlamada vurğulanır ki, avtomobil yerə enərkən bir düymə basmaqla 3 dəqiqədən tez bir müddətə yarış maşınına çevrilir. Mülki Aviasiya İdarəsinin nəzarəti altında AirCar-ın növbələr və manevr testləri daxil olmaqla 40 saatdan çox sınaq uçuşları həyata keçirdiyi bildirilib. 

# 2172
avatar

Mehman Nəbiyev

Oxşar yazılar