Belarus prezidenti Aleksandr Lukaşenko Allahdan cansağlığı dilədiyini deyib.
Lent.az bildirir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
“Bəziləri hesab edir ki, dövlət məmurları mütləq oğurluq edirlər”, - Lukaşenko qeyd edib.
Belarus liderinin dediyinə görə, istənilən ittiham sübuta yetirilməlidir. O, həmçinin vurğulayıb ki, onun səhhətinin pisləşməsi ilə bağlı mövzunu populyarlaşdırmaq cəhdləri var. Dövlət başçısı Allahdan xahişi ilə bağlı deyib: “Allahdan yalnız bir şey diləyirəm: sağlamlığım belə davam etsin”.
Bundan əvvəl Lukaşenko korrupsiya ittihamlarını şərh edərkən müxalifəti onun xaricdəki pullarını götürməyə dəvət etmişdi. Sonra əlavə edib ki, götürəcək heç nə yoxdur.
Onun sözlərinə görə, müasir dünyada pulu yad gözlərdən gizlətmək mümkün deyil və anası ona prinsipcə başqasının pulunu almamağı öyrədib.